AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • KİV: “Qərb Ermənistanda anti-Rusiya parlamenti yaratmaq istəyir”
  • Abşeron sakini avtomobili işıq dirəyinə çırpıb, hadisə yerində ölüb
  • Yaşayış kompleksində maşınını dirəyə çırpdı, öldü
  • Azərbaycan nefti 12 dollardan çox bahalaşıb
  • Ötən gün vətəndaşlardan 39 silah götürülüb
  • Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası ilə bağlı müəyyən razılığa gəliblər
  •  Qubada əməliyyatlar zamanı 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb 
  • Tailandda avtobus qəzasında azı 14 nəfər ölüb
  • Nyu-Yorkda bıçaqlı hücumda azı beş nəfər qətlə yetirilib
  • Vaşinqtonun yaxınlığında güclü partlayış olub
  • KİV: “Qərb Ermənistanda anti-Rusiya parlamenti yaratmaq istəyir”
  • KİV: İsrail Qəzza tunellərini dəniz suyu ilə doldurmağı planlaşdırır
  • Myanma xuntasının lideri: Silahlı təşkilatlar problemləri “siyasi yolla” həll etməlidir
  • Nigeriyada ordu dronunun hücumu nəticəsində azı 30 dinc sakin ölüb
  • ABŞ İsraillə Qəzzada əməliyyatın vaxtını müzakirə edir
  • Qəzza nə qədər ziyan görüb? – Zərərin xəritəsi
  • Rusiya hərbi müxbirləri Marinkanın ələ keçirilmədiyini etiraf edib
  • ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək
  • Misir ilk yerli reaktiv yaylım atəş sistemini təqdim edib
  • İsrail “Hizbullah”ın silah anbarına zərbə endirib
  • Niger Aİ ilə hərbi əməkdaşlığa son qoyub
  • Nepalın Baş naziri: Tiktokdan qadağanın götürülməsi mümkündür
  • Putin Türkiyə ilə xeyli sayda maraqlı ortaq layihələrin olacağını açıqlayıb
  • Şamil Ayrımla Qərbi Azərbaycan İcmasında görüş keçirilib
  • Britaniya və Finlandiya sualtı infrastrukturun mühafizəsi üzrə təlimlər keçirir
  • “İki il öncə də onunla maraqlanmışdıq” – Qurban Qurbanov
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir – VİDEO
17/11/2022 10:10
Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video
05/12/2023 05:35
Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət
04/12/2023 13:37
“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video
03/12/2023 18:23
Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO
02/12/2023 23:53
Sənədsiz tikililər söküldü – Video
02/12/2023 12:17
Bakıda “07” yandı – Video
02/12/2023 10:59
Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video
01/12/2023 15:26
Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO
01/12/2023 14:02
“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO
30/11/2023 21:11
DİN kibercinayətlərlə bağlı daha bir video yaydı
30/11/2023 13:50
Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO
30/11/2023 00:53
Bu yoldan keçənlər cərimələnəcək – Video
29/11/2023 23:23
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO
29/11/2023 22:09
Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO
29/11/2023 15:41
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO
28/11/2023 23:25
Bu rayonlara qar yağdı – Video
28/11/2023 10:29

Video xəbərlər

  • Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video
  • Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət
  • “Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video
  • Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO
  • Sənədsiz tikililər söküldü – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

05/12/2023
09:47 KİV: “Qərb Ermənistanda anti-Rusiya parlamenti yaratmaq istəyir”
09:40 Abşeron sakini avtomobili işıq dirəyinə çırpıb, hadisə yerində ölüb
09:38 Yaşayış kompleksində maşınını dirəyə çırpdı, öldü
09:37 Azərbaycan nefti 12 dollardan çox bahalaşıb
09:35 Ötən gün vətəndaşlardan 39 silah götürülüb
09:32 Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası ilə bağlı müəyyən razılığa gəliblər
09:08  Qubada əməliyyatlar zamanı 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb 
08:59 Tailandda avtobus qəzasında azı 14 nəfər ölüb
08:44 Nyu-Yorkda bıçaqlı hücumda azı beş nəfər qətlə yetirilib
08:11 Vaşinqtonun yaxınlığında güclü partlayış olub
07:53 KİV: İsrail Qəzza tunellərini dəniz suyu ilə doldurmağı planlaşdırır
07:37 Bu gün Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclası keçiriləcək
07:35 155 ildən sonra yenidən Aya eniş ediləcək
07:05 Myanma xuntasının lideri: Silahlı təşkilatlar problemləri “siyasi yolla” həll etməlidir
07:02 Nəsimi rayonunda 37 yaşlı kişi yol qəzasında xəsarət alıb
06:41 Manisada mikroavtobus qəza törədib, 12 nəfər yaralanıb
06:38 ABŞ və İsveç hərbi əməkdaşlıq barədə saziş imzalayacaq
06:32 Nigeriyada ordu dronunun hücumu nəticəsində azı 30 dinc sakin ölüb
06:17 Dövlət Departamenti: Qəzzada Fələstin ərazilərinin sahəsi azalmamalıdır
06:14 ABŞ İsraillə Qəzzada əməliyyatın vaxtını müzakirə edir
06:11 Qəzza nə qədər ziyan görüb? – Zərərin xəritəsi
05:56 Sallivan: HƏMAS-ın girovları azad etməkdən imtina etməsi Qəzzada döyüşlərin bərpasına səbəb olub
05:35 Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video
05:29 Rusiya hərbi müxbirləri Marinkanın ələ keçirilmədiyini etiraf edib
05:26 Tramp Baydeni ABŞ-ni banan respublikasına çevirməkdə ittiham edib
05:08 ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək
04:50 Misir ilk yerli reaktiv yaylım atəş sistemini təqdim edib
04:26 130 Türkiyə vətəndaşı Qəzzadan çıxarıldı
04:05 KİV: Rusiya ordusundan fərar etmək istəyənlərin sayı kəskin artıb
04:02 ABŞ Boliviyadakı keçmiş səfirinə ittiham irəli sürüb
03:38 Hakan Fidan ABŞ-yə gedir
03:29 İsrail “Hizbullah”ın silah anbarına zərbə endirib
03:23 Avstriyanın 4 vətəndaşı Qəzzadan təxliyə edilib
03:11 Pentaqon İraqdan ABŞ-nin Suriyadakı bazasına 15 raket atıldığını bildirib
02:44 Niger Aİ ilə hərbi əməkdaşlığa son qoyub
02:08 Ərdoğanın Qətərə səfəri zamanı Türkiyə ilə Qətər arasında 11 müqavilə və memorandum imzalanıb
01:44 Nepalın Baş naziri: Tiktokdan qadağanın götürülməsi mümkündür
01:07 Astarada 6 otaqlı ev yanıb
01:05 Tanzaniyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63-ə çatıb
00:53 Putin Türkiyə ilə xeyli sayda maraqlı ortaq layihələrin olacağını açıqlayıb
00:32 Nikaraqua Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib
04/12/2023
23:32 Şamil Ayrımla Qərbi Azərbaycan İcmasında görüş keçirilib
23:11 Britaniya və Finlandiya sualtı infrastrukturun mühafizəsi üzrə təlimlər keçirir
22:53 AİB və İran azad ticarət zonası barədə saziş imzalayacaq
22:44 “İki il öncə də onunla maraqlanmışdıq” – Qurban Qurbanov
22:11 Turist Makaonun ən hündür banci-campinq qülləsindən tullanadıqdan sonra ölüb
22:02 “Time” Putini “İlin adamı” namizədlərinin siyahısına daxil etdi
21:31 Yunan professor Qərbi Azərbaycan İcmasında beynəlxalq hüquqda qayıdış məsələsi barədə fikirlərini bölüşüb
21:29 Sloveniya minatəmizləmə üçün Ukraynaya 1,5 milyon avro ayırıb
21:14 Sahibkarlarla növbəti görüş Gəncədə keçiriləcək
21:07 Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb
21:05 Biləsuvarın iki kəndində qəzalı olan elektrik dirəkləri və xətlər yenilənib
20:56 XİN: Ermənistan sülh sazişi təkliflərini 70 gündən artıqdır yubadır
20:47 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib
20:41 Türkiyə Prezidenti və Qətər əmir arasında danışıqlar olub
20:20 Bakıda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert keçirilib
20:11 Səfir: “Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni-humanitar əlaqələr xüsusi yer tutur”
20:08 YAP ilə AK Partinin nümayəndələri arasında görüş keçirilib
20:05 Nazir şöbə müdirini sədr təyin etdi
19:32 Qərbi Azərbaycan İcmasında beynəlxalq konfrans iştirakçıları ilə görüşlər baş tutub

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir – VİDEO

Multimedia 17/11/2022 10:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılır.

Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər.

Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Multimedia 05/12/2023 05:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Bununla bağlı görüntülər “Baku TV”də yayılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən televiziyaya münasibət bildirilib. Qeyd olunub ki, qəbir güclü külək nəticəsində dağılıb:

“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib”.

Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı “Bəyin oğurlanması” filmində canlandırdığı Bibixanımdır.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

Multimedia 04/12/2023 13:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN sosial şəbəkə səhifələrində Bakıda inşa edilən binada standartlara cavab verməyən materiallardan istifadə ilə bağlı iddialara cavab verib.

Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 mm olması ilə bağlı iddialar təsdiqini tapmayıb:

“Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə “TRVEGE” MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır. Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir”.

Oxumağa dəyər:   Azərbaycan Prezidenti Malayziyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Həmçinin qeyd edilib ki, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayaraq yaydığını etiraf edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

Multimedia 03/12/2023 18:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Mən üç il Prezident Heydər Əliyevlə bütün səfərlərə getdim. Hamısını da yazırdım, 1993-cü ildən 2003-cü ilə qədər Heydər Əliyevlə bağlı qeydlər apardığım 60 dəftərim var”.

Bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə REAL TV-yə müsahibəsində deyib.

Səfərlərdə ziyafət olanda, menyunu da götürüb gəlirdim. Tarix insitutunda işləyəndə bizi öyrətmişdilər ki, cızma-qara edilən kağızı da atmayın, bu, böyük tarixdir. Onların hamısını arxivə vermişəm. Özüm qeydlər apardığım dəftlər isə məndədir”.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO

Multimedia 02/12/2023 23:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Veriliş Göyçə mahalının Güney kəndinə həsr olunub.

Araşdırmaçı Lütfiyar Nəsibov deyir ki, kəndin ilkin adı Sədənağac olub:

“İlk dəfə olaraq Sədənağac sözü İvan Şopenin məlum əsərində qeyd olunub. 1935-ci ildə kəndin adını dəyişərək Güney ediblər”.

Alim Əfqan Vəliyevin sözlərinə görə, kənd 1905-1907-ci illərdə yandırılıb:

“Əhalisinin bir qismi qəddarcasına qətlə yetirilib. Qalanları isə bir müddət Kəlbəcər və Gədəbəy ərazilərinə köçüblər, daha sonra kəndə qayıdıblar”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sənədsiz tikililər söküldü – Video

Multimedia 02/12/2023 12:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “07” yandı – Video

Multimedia 02/12/2023 10:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhəri, Xətai rayonu G.Ə.Şıxlınski küçəsi, 37 ünvanında avtomobildə yanğın baş verib.

Bu Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2107” markalı 77-GD-429 dövlət qeydiyyat nişanlı minik avtomibilində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video

Multimedia 01/12/2023 15:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Su Ehtiyatları Agentliyi Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

Layihə bu ərazidə torpaq sürüşməsi təhlükəsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Mərhələlərlə icra olunan layihəyə çərçivəsində indiyə qədər 17 km su və 37 km kanalizasiya xətləri inşa olunub. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulacaq.

Oxumağa dəyər:   Azərbaycan fevralda Rusiyada beynəlxalq qida və içki sərgisində iştirak edəcək

Yeni su xətlərinin çəkilişi zamanı köhnə və primitiv xətlərin bir qismi zədələnə və ya sıradan çıxa bilər. Bu zaman qəza briqadaları tərəfindən zəruru tədbirlər görülərək su təchizatı qısa müddətdə bərpa edilir.

Ümumilikdə layihə çərçivəsində 3-cü yaşayış massivində hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarının, 69 km içməli, 68 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

Hadisə 01/12/2023 14:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından kdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb.

Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb. İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO

Multimedia 30/11/2023 21:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik, məlumatları toplayırıq. Hazırda əlimizdə olan məlumatlara əsaslansaq, hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Məktəblərdə qızılca xəstəliyinin yayılmasına münasibət bildirən nazir əlavə edib ki, hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur:

“Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Multimedia 30/11/2023 13:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb.

Videoçarxda insanların dələduzların qurbanı olmaması üçün kartın 16 rəqəmini, bitmə tarixini, CVV və 3D kodunu heç kimə verməməsi bildirilib.

Qeyd edək ki, son vaxtlar ölkədə internet üzərindən dələduzluq və oğurluq hadisələrinin sayı artıb. Cinayət qurbanı olan şəxslər tez-tez sosial şəbəkələrdə başlarına gələn hadisələrlə bağlı paylaşım edirlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Multimedia 30/11/2023 00:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 2 il ötür.

Hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirərkən baş verib.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu;

12. leytenant  Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu.

Oxumağa dəyər:   "Baku Steel Company" ekoloji layihələrini davam etdirir

Qəza zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu yoldan keçənlər cərimələnəcək – Video

Multimedia 29/11/2023 23:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

4 xətt üzrə-7A, 7B, 11 və 93 nömrəli avtobusların yolu 1,3 kilometr qısaldılıb.

Yerüstü Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyib ki, ərazidə təhlillər aparılıb və ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədilə dəyişiklik edilib.

Yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Ziya Bünyadov prospekti, Ayna Sultanova istiqamətində yerləşdirilən işıqfor yalnız avtobuslar üçün nəzərdə tutulub.

Ərazidə yol polisi də nəzarəti artırıb və düzünə hərəkət edən digər sürücülər 40 manat cərimə edilirlər.

Xezerxeber-az mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO

Multimedia 29/11/2023 22:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indi Ermənistan ərazisi kimi qələmə verilən, Qərbi Azərbaycanda çox qədim yaşayış məskənlərindən biri olan Barana rayonu haqqında süjet hazırlanıb.

“Baranlı sülaləsinin adı ilə bağlı olan rayon” adlı süjetdə 200 ildən çoxdur erməni millətçiliyindən qidalanan vandal, barbar, şovinist siyasətin tərkib hissəsini, qədim Azərbaycan tarixini saxtalaşdırmaq, torpaqlarımızın yaddaşı olan yer-yurd adlarını dəyişdirmək, erməniləşdirmək təşkil etdiyi bildirilir.

Qeyd olunub ki, Barana Qərbi Azərbaycanda, indiki Ermənistanda, Dağ Borçalının Loru mahalında qədim ərazi olub. Barana Yelizavetpol, yəni Gəncə quberniyasının Qazax-Şəmşəddil qəzasında, əvvəl Barana, sonra Noyemberyan adlanan rayonda kənd və rayon mərkəzi hesab olunub. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana ərazisinin adı Baranlı sülaləsi ilə bağlıdır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi də qeyd olunur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barana kəndi qeyd olunur.

Oxumağa dəyər:   Dubaydakı Azərbaycan Ticarət Evi yeni ünvana köçüb

Vurğulanıb ki, ermənilər bu rayonun adını da saxtalaşdırmaqla qədim oğuz-türk izini itirməyə çalışıblar:

“Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il fərmanı ilə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Noyemberyan qoyulub. 1937-ci ildən bəri rayonun inzibati mərkəzi İncəsu, Barana olub və 1971-ci ildə bura qəsəbə statusu verilib. Buradan İrəvan şəhərinə olan məsafə 187 kilometr təşkil edir”.

Diqqətə çatdırılır ki, bu ərazidə daim azərbaycanlılar yaşayıb və zaman-zaman deportasiyaya məruz qalıblar:

“Oğuz türkləri 1988-ci ildə Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi kimi doğma yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bununla da ermənilər yer-yurd adlarını dövlət səviyyəsində saxtalaşdırmaq üçün özlərinə daha əlverişli şərait yaradıblar.

Barana rayonu üzrə 16 tarixi yer adı dəyişdirilib. Ötən əsrin 90-cı illərin əvvəllərində əraziyə ermənilər tərəfindən Tavuş adı verilib. Tavuş indiki Ermənistanın Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan-Tavuş rayonlarının birləşdirilməsi nəticəsində 1995-ci il 7 noyabr tarixli Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanunla mərzlik kimi formalaşıb. İndiki Ermənistanın şimal-şərqində yerləşən mərzliyin inzibati mərkəzi Karvansara, yəni İcevan şəhəridir. Mərzliyə Dilican şəhəri, Barana, yəni Noyemberyan-Tavuş, Karvansara, yəni İcevan və Şəmşəddil, yəni Berd rayonları daxildir”.

Oxumağa dəyər:   "Baku Steel Company" ekoloji layihələrini davam etdirir

Sonda vurğulanıb ki, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası, izitirmə planı bugünədək davam edir:

“Lakin əminik ki, biz doğma yurd yerlərimizə yenidən qayıtmaqla tarixi yaddaşımızı bərpa edəcək, Vətən sevgisi ilə böyüyən gələcək nəsillər doğma ocaqlarımızı daim isti saxlayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Oxumağa dəyər:   Qərbi Azərbaycan İcmasında beynəlxalq konfrans iştirakçıları ilə görüşlər baş tutub

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO

Multimedia 29/11/2023 15:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.

Qərargahlar tərəfindən əməliyyatların planlaşdırıldığı ərazinin döyüş sahəsinin kəşfiyyat hazırlığı aparılıb, düşmən və öz bölmələrimizin ağırlıq mərkəzləri, qəti nəticə nöqtələri təyin edilərək arzu olunan son nəticənin əldə edilməsi üçün hazırlanan müxtəlif fəaliyyət tərzləri komandirin qərarı olaraq seçilməsi məqsədilə hərb oyununda sınaqdan keçirilib.
Hərbi hissələrin əməliyyat planlarının hazırlanması, aidiyyatı üzrə əmrlərin çatdırılması, eləcə də bölmələrin idarə olunması və aşkar olunmuş hava düşməninin məhv edilməsi üçün verilən məlumatların müasir texniki vasitələr üzərindən bölmələrə çatdırılması məşq etdirilib.

Oxumağa dəyər:   Hakan Fidan ABŞ-yə gedir

Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsilə vizual müşahidə və havadan kəşfiyyat aparılaraq şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Əldə olunmuş kəşfiyyat məlumatları analiz edilərək manevr bölmələrinin döyüş meydanında hədəfə doğru sürətli və dəqiq irəliləməsi üçün onların qərargahlarına çatdırılıb.

Yuxarı qərargahdan alınmış döyüş əmrinə əsasən tank və mexanikləşdirilmiş bölmələr şərti düşmənin yerləşdiyi əraziyə hücum tapşırığını icra edib. Burada əsas diqqət düşmənin təminat yollarının və ehtiyatlarının yaxınlaşma istiqamətlərini görən hakim yüksəkliklərin ələ keçirilməsinə yönəldilib.

Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimin yekununda qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO

Multimedia 28/11/2023 23:25
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngəzur boyunca və əsasən də sərhəd kəndləri sürətlə boşalır” adlı veriliş efirə gedib.

Verilişdə Zəngəzur boyunca və əsasən Ermənistanın Azərbaycanla sərhəd kəndlərin sürətlə boşalmasından, rəsmi İrəvanın Qarabağdan köçən erməniləri Zəngəzur boyunca yerləşdirmək istəyindən, ağır iqtisadi və sosial vəziyyətə görə gələn ermənilərin daha çox xarici ölkələrə üz tutmasından bəhs olunur.

Bildirilir ki, müharibədən istifadə edib sərhəddə Azərbaycan kəndlərinin torpaqlarını istifadə edən ermənilər indi bu əraziləri tərk edirlər:

“Əslində bu ərazilər 1991-ci ilə qədər Azərbaycanın olub və buna siyasi don geyindirməklə ermənilər iqtisadi böhranın mahiyyətini gizlətməyə cəhd edirlər”.

Verilişdə Qafanın Çakaten kəndinin sakinləri ağır həyatları, sosial vəziyyətlərinin çətinliyini erməni jurnalistinin reportajında dilə gətirilir. Onların sözlərinə görə, gənclər kəndi çoxdan tərk ediblər, köçün səbəbi işsizlikdir, burada ancaq yaşlı insanlar qalıblar.

Oxumağa dəyər:   Qərbi Azərbaycan İcmasında beynəlxalq konfrans iştirakçıları ilə görüşlər baş tutub

Qeyd olunur ki, Ermənistanda ciddi müzakirə olunan mövzu Azərbaycan anklavlarının qaytarılmasıdır. Söhbət Qazax rayonunun Yeddi kəndi və Naxçıvan Kərki kəndindən gedir. Kərki Şimaldan Cənuba doğru uzanan əsas magistral yolunun üstündə yerləşdiyi üçün böyük strateji əhəmiyyət kəsb edir.

Son vaxtlar 2020-ci ildə köçmüş Qarabağ ermənilərini bu kəndə yerləşdiriblər. Halbuki bütün dövrlərdə bu kəndlərdə azərbaycanlılar yaşayıblar. 1991-ci ildən səkkiz kəndi işğal edən Ermənistan buraya erməniləri yerləşdirib. Müzakirələrin qızışdığı bir vaxtda erməni jurnalistlər Kərki kəndində vaxtaşırı olub, sakinlərin bu kəndin Azərbaycana qaytarılması məsələsinə münasibət öyrənirlər.

Ermənilər Kərki kəndinin adını dəyişib Tiqranaşen qoymaqla kəndi qaytarmaq istəmədiklərini bildirirlər:

“Adamlar 30 ildir bu kənddə yaşayırlar. Biz özümüzə hər cür şərait yaratmışıq, hara gedək?! İndi hakimiyyət bu balaca kəndi saxlaya bilmirsə, İrəvanı necə saxlayacaq?! Tamamilə məyus olmuşuq. Ailəm ilə birlikdə kimsəsiz adaya köçməyi arzu edirəm. Bizim hakimiyyət Qarabağı təhvil verdi. Mən də Qarabağdanam. Hamımız “bomj” statusuna düşmüşük. Ölkədəki vəziyyət dəhşətlidir, siz hansı sülhdən danışırsınız?! Bu reallıqda yaşamaqdansa, ölmək yaxşıdır. Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə! Hamımız Ermənistanı tərk edəcəyik”.

Oxumağa dəyər:   Zakir Həsənov Misirdə səfərdədir

Sonda vurğulanır ki, onilliklər boyunca yalan vədlər verən, düşmənçilik hissi ilə yaşayan ermənilərə baxmayaraq, sülh istəyənlərin də sayı az deyil:

“Anklavların qaytarılması ilə bərabər Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsini erməni ictimaiyyətinin qəbul edəcəyi gerçəklikdir. Əks halda regionda tam sülh və dinc yaşama cəhdləri bəhrə verməyəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Oxumağa dəyər:   Azərbaycanda tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit verilib

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu rayonlara qar yağdı – Video

Multimedia 28/11/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14 sm, Şahdağ, Altıağacda 13 sm, Gədəbəydə 11 sm, Xaltan, Sarıbaşda (Qax) 10 sm, Göygöldə 4 sm, Əlibəydə (Zaqatala) 3 sm olub.

Düşən yağıntının miqdarı: Sarıbaş (Qax) 15 mm, Altıağacda 14 mm, Xaltanda 12 mm, Oğuzda 11 mm, Qrızda 10 mm, Şəkidə 9 mm, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8 mm, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qərb küləyi arabir Gəncədə 30 m/s, Naftalanda 26 m/s, Ağdamda 25 m/s, Mingəçevirdə 21 m/s, Tərtər, Yardımlı, Daşkəsəndə 20 m/s, Lerik, Bərdədə 19 m/s, Şəki, Biləsuvar, Gədəbəydə 18 m/s, Zaqatalada 17 m/s, Bakıda və Abşeron yarımadasında 30-32 m/s-dək güclənib.

Oxumağa dəyər:   Yunan professor Qərbi Azərbaycan İcmasında beynəlxalq hüquqda qayıdış məsələsi barədə fikirlərini bölüşüb

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 05/12/2023 05:35

Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Read more
Multimedia 04/12/2023 13:37

Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

Read more
Multimedia 03/12/2023 18:23

“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

Read more
Multimedia 02/12/2023 23:53

Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO

Read more
Multimedia 02/12/2023 12:17

Sənədsiz tikililər söküldü – Video

Read more
Multimedia 02/12/2023 10:59

Bakıda “07” yandı – Video

Read more
Multimedia 01/12/2023 15:26

Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video

Read more
Hadisə 01/12/2023 14:02

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 30/11/2023 21:11

“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO

Read more
Multimedia 30/11/2023 13:50

DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Read more
Multimedia 30/11/2023 00:53

Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Read more
Multimedia 29/11/2023 23:23

Bu yoldan keçənlər cərimələnəcək – Video

Read more
Multimedia 29/11/2023 22:09

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO

Read more
Multimedia 29/11/2023 15:41

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO

Read more
Multimedia 28/11/2023 23:25

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO

Read more
Multimedia 28/11/2023 10:29

Bu rayonlara qar yağdı – Video

Read more
Hadisə 28/11/2023 08:59

Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO

Read more
Multimedia 28/11/2023 04:50

Vətəndaşlığını təsdiq edən sənədi yoxdur, ailəsini görə bilmir – Video

Read more
Hadisə 26/11/2023 10:24

Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb – VİDEO

Read more
Multimedia 25/11/2023 11:02

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Read more
Multimedia 25/11/2023 10:42

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Read more
Multimedia 25/11/2023 07:47

Liderlər Bakıdan belə yola salındı – Video

Read more
Multimedia 24/11/2023 12:00

Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib, Azərbaycan bayrağı qaldırılıb – VİDEO

Read more
Multimedia 24/11/2023 11:37

FHN BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib – Video

Read more
Multimedia 24/11/2023 08:38

Gəncədə müəssisə ərazisində mazut və yağ çəlləkləri yandı – Video

Read more
Multimedia 23/11/2023 20:47

Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı – VİDEO

Read more
Multimedia 23/11/2023 12:12

Azərbaycanın dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər – VİDEO

Read more
Multimedia 23/11/2023 11:05

Rəşad Dağlının həmin gün dedikləri – İlk video

Read more
Multimedia 23/11/2023 09:50

Yanğın yerinə 20-dən çox texnika cəlb olunub – Video – Fotolar

Read more
Multimedia 23/11/2023 08:20

Tikinti materialları bazarındakı yanğın nəzarətə alındı – Video +

Read more
Multimedia 23/11/2023 01:05

Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər – Video

Read more
Multimedia 22/11/2023 18:20

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir” – VİDEO

Read more
Multimedia 21/11/2023 17:35

FHN dənizdə qalan 26 nəfəri təxliyə etdi – Video

Read more
Multimedia 21/11/2023 12:17

Şəhid atasının müraciəti qısa zamanda həllini tapdı – Video

Read more
Multimedia 21/11/2023 09:50

Bu rayonlarımıza qar yağıb – Video

Read more
Multimedia 20/11/2023 12:24

Uşaq bağçasında təlim – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla