“Azərbaycan Ordusu beynəlxalq hüquqa uyğun hərəkət edib. Bu da 30 il ərzində erməni işğalı altında olan torpaqların azad edilməsidir. Hhər kəsin bunu bilməsi lazımdır”.

Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bəzi Qərb siyasətçilərinin Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi qərəzli açıqlamalara münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu cür qərəzli danışıqlarla Azərbaycan ordusunu günahlandırıb səhvə yol verilməməlidirlər: “Azərbaycan ordusuna Qarabağı “yıxdı-yandırdı” deyib iftira atmaq gerçəkdən də böyük bir səhvdir. İnsanın öz vətənini qoruması, işğal altındakı torpaqlarını azad etməsi müqəddəs vəzifədir. Azərbaycan Ordusu da bu müqəddəs vəzifəni həyata keçirib. Ancaq Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycanın  mülki əhalisi yaşayan şəhərlərini bombalayıb. Dünya bunu görsə də, lal və kor qaldılar. Həmin şəxslərin müasirlikdən, insan haqlarından, demokratiya və tərəfsizlikdən danışmağı  mümkün deyil”.

İstinadlar Qafqazinfo