Cənubi Koreya Respublikasının Seul şəhərində “İKT eksperti” təlim proqramı çərçivəsində “Radiospektr idarəçiliyi və radiomonitorinq” mövzusunda beynəlxalq tədbir keçirilib.

20-yə yaxın ölkənin iştirak etdiyi tədbirin əsas mövzusu “5G” texnologiyaları, radiospektr idarəçiliyi, Cənubi Koreyada radiotezlik hərracları, radiotezlik idarəetməsi, o cümlədən, interferensiya hallarının tənzimlənməsi və ən yeni radiomonitorinq texnologiyaları olub.

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edib. Cənubi Koreya təcrübəsi ilə tanış olan mütəxəssislərimiz radiomonitorinq şəbəkələri, idarəetmə metodları, o cümlədən, tarif siyasəti və müvafiq qanunvericilik üzrə müzakirələrdə iştirak ediblər.

Mütəxəssislərimiz nəzəri və praktik fəaliyyətlə yanaşı, tədbir çərçivəsində müsabiqələrdə də iştirak ediblər və “İKT eksperti” beynəlxalq sertifikatına layiq görülüblər.

Səfər çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri və sahənin ekspertləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, radiospektr idarəçiliyi və radiotezlik idarəetməsində beynəlxalq təcrübə yeni texnologiyaların ölkəmizə transformasiyası istiqamətində böyük önəm daşıyır.

Oxumağa dəyər:   "İkinci və üçüncü uşağa görə məbləğ artırılmalıdır"

Cənubi Koreya radiospektr idarəçiliyində qabaqcıl ölkələrdən biri kimi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən istinad ölkə hesab olunur.

İstinadlar ict news