Azərbaycanın müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq konfransda 78 ölkənin nümayəndəsinin iştirakı ilə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Plenar iclaslarda beynəlxalq terrorizmə, o cümlədən Yaxın Şərqdə terrorizm və radikalizmə qarşı mübarizə, informasiya məkanının təhlükəsizliyi, raket əleyhinə müdafiə, Avropa, Asiya-Sakit okean, Mərkəzi Asiya regionlarında təhlükəsizliyin təmin edilməsi, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəsizliyin gücləndirilməsində hərbi qurumların roluna dair fikir mübadiləsi aparılacaqdır.

Konfrans aprelin 27-də başa çatacaq.

İstinadlar Report