
C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız ilk oyunun da Lüksemburqla qarşılaşıb.
İtaliyalı baş məşqçi Canni de Byazi millimizin baş məşqçisi kimi debüt oyununa çıxıb.
26-cı dəqiqədə Mahir Emreli rəqib futbolçunu vurduğu üçün qırmızı vərəqə alaraq millimizi azlıqda qoyub. Birinci hissənin sonunda Ramil Şeydayevin qolu ilə önə keçsək də, ikinci hissə başlar-başlamaz Lüksemburq millisi hesabı bərabərləşdirib. 72-ci dəqiqədə penaltidən fərqlənən rəqib matçın yekun hesabın təyin edib – 1:2
Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.
Millətlər Liqası
C liqası, 1-ci qrup
I tur, 5 sentyabr
20:00. Azərbaycan – Lüksemburq – 1:2
Qol: Ramil Şeydayev, 43 – Anton Krivotsyuk, 48(avtoqol), Rodriges, 72(pen)
Qırmızı vərəqə: Mahir Emreli, 26
Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)
Bakı Olimpiya Stadionu