
Bu ilin yanvar-mart aylarında Azərbaycan 43 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin ayı ilə müqayisədə 11,4 milyon ABŞ dollar və yaxud 36 % çoxdur.
2024-cü ilin eyni dövründə Azərbaycanda 31,6 milyon ABŞ dollar dəyərində meşə fındığı ixrac edilib.