İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin birgə dəstəyi ilə məhsullarımız Seulda keçirilən “Import Goods Fair 2022” beynəlxalq sərgisində təqdim olunub.

Bu barədə AZPROMO-dan bildirilib.

Sərgidə iştirak edən AZPROMO nümayəndələri yerli şirkətlərlə Azərbaycan məhsullarının Koreyada daha çox tanıdılması və ticarət əlaqələrinin artırılması məqsədilə bir sıra görüşlər keçirib, ölkəmizin ixrac potensiallı məhsulları barədə məlumat veriblər.

İstinadlar Report