
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Türkiyə vətəndaşları Hikmət Kaynak və Mehmet Tekinin ekstradisiyası ilə bağlı işinə baxılıb.
Ayrı-ayrı hakimlər – Əfqan Hacıyev və Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proseslərdə qərarlar elan olunub.
Məhkəmə həmin şəxslərin Türkiyə Respublikasına ekstradisiya olunması barədə qərar qəbul edib.
Qeyd edək ki, Türkiyə Respublikasında axtarışda olan H.Kayak və M.Tekin Azərbaycanda həbs edilib. Həmin şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunublar. (Report)