Azərbaycan-Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb.

Sənədi komissiyanın Macarıstan tərəfindən həmsədri, xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev imzalayıblar.

S. Babayev vurğulayıb ki, Azərbaycan-Macarıstan əməkdaşlığı ən yüksək səviyyədir:”Bunu biz bütün sahələrdə görürük. Macarıstan həm Azərbaycanın ərazilərinin işğalı və azad edilməsindən sonrakı dövrdə Azərbaycanın yanında olub”.

İstinadlar Report