“Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur”.
Bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.
Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir.