İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır.

AZPROMO-dan verilən məlumata görə, bu barədə müzakirələr Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmitsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, “Made in Azerbaijan” brendi, logistikanın subsidiyalaşdırılması barədə məlumat verib. O, bildirib ki, yerli ixracatçıların Latviya bazarına çıxış imkanlarının araşdırılması və genişləndirilməsi, o cümlədən ölkəmizin məhsullarının təqdim edilməsi məqsədilə Latviyaya ixrac missiyasının təşkil olunması planlaşdırılıb. Bununla yanaşı, Latviyanın ənənəvi qida məhsullarının ölkəmizin bazarına girişini təmin etmək üçün latviyalı sahibkarlar bu ilin may ayında keçiriləcək “InterFood Azerbaijan” sərgisində iştirak etməyə dəvət olunublar.

İstinadlar Report