İsveçrənin Sankt Moritz şəhərində keçirilənənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya kuboku turniri davam edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olması nümayiş etdirir.

25 yanvar tarixinə təyin olunmuş ilk oyun günündə Azərbaycan idmançıları “Cartier” komandası ilə qarşılaşmışlar.

Oyundan öncə tamaşaçılara Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ilə rəqs ansamblının ifasında “Odlar Yurdu – Azərbaycan” adlı unikal şou-kompozisiya nümayiş olunmuşdur. Azərbaycan Respublikasının əməkdar məşqçisi Azər Həmzəyevin və əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi altında təmsilçilərimizin mürəkkəb və həyəcanlandırıcı, əzəmətli və təkrarolunmaz çıxışları tamaşaçıların zövqünü oxşamış, milli musiqimizin ecazkar sədaları onların duyğularını coşdurmaqla və qəlbləri<spanclass=”bumpedFont15″>ni isitməklə 15 dərəcə soyuqda Odlar Yurdunun hərarətini hamıya hiss etdirmişdir.

Şou-kompozisiyadan dərhal sonra “Land of Fire” və “Cartier” komandalarının oyununa start verilmişdir. 1985-ci ildən etibarən 35 illik tarixə malik qar üstündə dünya kubokunu 13 dəfə qazanmış, son 6 ildə isə 5 dəfə bu turnirin qalibi olmuş “Cartier” komandası turnirin debütantı olan idmançılarımızın müqaviməti ilə qarşılaşmışdır. Gərgin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 51/2 – 5 hesabı ilə məğlub etmişlər.

Turnir çərçivəsində “Land of Fire” komandasının pavilyonu tamaşaçıların böyük marağına səbəb olmuşdur. Azərbaycanın qədim tarixinin və mədəniyyətinin tərənnüm olunduğu pavilyonda milli musiqimiz fonunda ölkəmizin keçmişi və bu günü, bənzərsiz inkişafı və tərəqqisi, unikal turizm potensialı haqqında tamaşaçılara geniş məlumat verilmiş, xüsusi olaraq bu turnir üçün hazırlanmış bukletlər paylanmışdır. Pavilyon qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz böyük tamaşaçı kütləsini cəlb etmiş, avropalı tamaşaçılar rəqqaslarımızla birgə yallı gedərək rəqs etmişlər.  

26 yanvar tarixində Bakı vaxtı ilə saat 15:00-da komandamız “Badrutt’s Palace Hotel”komandası ilə qarşılaşacaqdır.