Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceysm Şarp Azərbaycan kəlağayılarına heyran olub.

Bu barədə o, tvitter səhifəsində bildirib.

“Bu gün Azəripək zavoduna baş çəkdim. İpək istehsalı prosesi həyəcanverici idi və kəlağayılar çox möhtəşəm idi”, – britaniyalı diplomat yazıb.

C.Şarpın bu paylaşımı azərbaycanlı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar səfirə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildiriblər. 


İstinadlar Qafqazinfo