Energetika naziri Pərviz Şahbazov İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Guiseppe Marinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə şirkətlə energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Azərbaycanda enerji keçidi istiqamətində görülən işlər, “yaşıl enerji” layihələri və “yaşıl elektrik” ixracı planları haqqında danışıb. Ölkəmizdə təbii qazın elektrik enerjisi istehsalı ilə enerji resurslarının şaxələndirilməsi istiqamətində vacib rolunu qoruduğu bildirilib. Qeyd edilən bütün sahələrdə özəl şirkətlərlə əməkdaşlığın prioritet istiqamətlərdən olduğu vurğulanıb.

İstinadlar Report