Azərbaycan istixanaların müasirləşdirilməsi üçün Niderland şirkətlərinin cəlbində maraqlıdır.

Bunu “Report”a Niderland Krallığının Azərbaycandakı səfirliyinin baş müşaviri Şəhla Balakişiyeva bildirib.

Onun sözlərinə görə, bu məsələ mayda Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema ilə Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov arasında keçirilən görüşdə müzakirə edilib.

Ş.Balakişiyeva qeyd edib ki, bu yaxınlarda Bakıda baş tutan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində 8 Niderland şirkəti iştirak edib: “Bu şirkətlər arasında istixanaların “ağıllı” texnologiyalarla işıqlandırılması üzrə dünya liderlərindən biri olan “Hortilux” şirkəti də var idi. “Hortlife B.V” şirkəti isə müasir istixanalar istifadəyə verir. Digər şirkət – “Lumiforte EMEA B.V bağçılıq sahələrinin üzlənməsi üçün örtüklər təqdim edir”.

İstinadlar Report