“Hazırda iranlı həmkarlarla Rəşt-Astara üzrə danışıqlar aparılır. Azərbaycan Astara-Rəşt yolunun inşası üçün İrana kredit verəcək”

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” mövzusunda Bakıda keçirilən biznes forumunda çıxışında bildirib.
“Rusiya da bu layihədə iştirak etmək istəyir. Amma bunu müzakirə edəcəyik”, – deyə C.Qurbanov qeyd edib.
“Azərbaycan Dəmir Yolları”nın rəhbəri əlavə edib ki, Bakıda bu forumun keçirilməsində məqsəd qarşılıqlı investisiya imkanlarını araşdırmaqdır. Tədbirdə ikitərəfli protokol və memorandum imzalanacaq.