İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq “Şahbulaq daş karxanası” layihəsinə dair müsabiqənin qalibi “Star Mining” MMC ilə birgə “Shahbulaq Mining” MMC-ni təsis edib.
Bu barədə nazir Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
“Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır”, – deyə o qeyd edib.