Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əməkdaşlıq layihəsinin icrası yekunlaşmaq üzrədir.
Məlumata görə, bununla bağlı OECD-yə üzv olan və digər ölkələrin nümayəndələrinin iştirakı ilə Bakıda tədbir keçiriləcək. Tədbirdə Türkiyə, Ukrayna, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Çin, Cənubi Koreya, Sinqapur, İndoneziya, Monqolustan, Avstriya, Macarıstan, Niderland, Böyük Britaniya, İtaliya, Fransa və ABŞ-dan nümayəndələrin iştirakı gözlənilir. Tədbir zamanı AİH və onun portfel şirkətlərinin ümumi məlumatları nümayiş etdiriləcək.