Azərbaycanın 20 şirkəti məhsullarını ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “The Saudi Food Show 2024” beynəlxalq qida sərgisində – “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.
Məlumata görə, stenddə ölkədə istehsal olunan təbii bal, qənnadı məmulatlar, çay, qara kürü, müxtəlif qazlı içkilər, dondurmalar, meyvə-tərəvəz və digər məhsullar yer alıb, Azərbaycan məhsulları haqqında videoçarxlar nümayiş olunub. Stendi ziyarət edən potensial idxalçılar xüsusən qara kürü, meyvə-tərəvəz, qənnadı məmulatları və alkoqolsuz içkilər kimi yerli məhsullarımıza maraq göstərib. Sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilib, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılıb.