Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 4,5 milyon ton, ixracı isə 3,7 milyon ton olub.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, iki ayda 8,1 milyard kubmetr qaz hasil edilib. 3,8 milyard kubmetr qaz isə ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

İstinadlar Report