Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək “Nusret-2024” beynəlxalq hərbi təlimlərində iştirak edəcəklər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlər sentyabrın 20-dən 29-dək davam edəcək.

Manevrlərdə Türkiyə, Rumıniya, İspaniya, İtaliya və Yunanıstana məxsus gəmilərdən ibarət NATO Daimi Minalara Qarşı Tədbirlər Tapşırıq Qrupu-2, həmçinin Türkiyə, Bolqarıstan və Rumıniya gəmilərindən ibarət Qara Dəniz Minalarına Qarşı Tədbirlər Xidməti qrupu iştirak edəcək.

İstinadlar Report