MDB ölkələrinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə bu gün Səmərqənddə (Özbəkistan) keçiriləcək.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

“İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistanın hərbi nümayəndə heyətlərinin, həmçinin MDB İcraiyyə Komitəsinin və birliyin Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətlərinin iştirakı planlaşdırılır”, – xəbərdə qeyd edilir.

İstinadlar Report