“Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” – Haber Global – VİDEO

Xəbər verdiyimiz kimi, Qazaxın Ermənistanın işğalı altında olan 4 kəndi ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək.
Bu barədə Türkiyənin “Haber Global” telekanalı da süjet hazırlayıb.
Bildirilib ki, ötən həftə Azərbaycan bir güllə də atmadan yeni qələbəyə imza atıb. Bununla da Azərbaycan həm meydanda, həm də masada qələbə qazanıb:
“Ermənistan işğal etdiyi dörd kəndin geri qaytarılmasını qəbul edib və bu çərçivədə əraziyə ilk sərhəd daşları qoyulub”.
Daha ətraflı süjetdə:
Evinin soyuducusunda 4 kq narkotik gizlətdi – Video

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.
Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq soyuducunun buzluq yerindən 4 kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.
Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.
Qubada qaya parçaları yola düşdü – Kəndlərlə əlaqə kəsildi – Video

Qubada qaya parçaları yola düşüb.
Hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, Quba-Qonaqkənd yolunun 31-ci km-nə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:
” Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq”.
Dəqiqələr itirmirsən illər bağışlayırsan! – DİN-dən çağırış+Video

Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir.
Həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasına və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir.
Daxili İşlər Nazirliyi “Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayaraq sürücülərə çağırış edib:
Suçəkmə işləri davam edir – Video+Fotolar

İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Bu haqda “Qafqazinfo”ya FHN-dən bildirilib.
Qeyd olunub ki, hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilir.
FHN intensiv yağışların yaratdığı fəsadları aradan qaldırılması işlərini davam etdirir – VİDEO

FHN qüvvələri intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirləri davam etdirir.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir.
“Report” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində bir çox ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Hazırda isə bəzi istiqamətlərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
{ “ns”: “yt”, “el”: “embedded”, “cpn”: “A3MoDGGV8A6OGhUC”, “ver”: 2, “cmt”: “2.233”, “fmt”: “134”, “fs”: “0”, “rt”: “3.03”, “euri”: “https://fhn.gov.az/”, “lact”: 1, “cl”: “748101193”, “mos”: 0, “state”: “8”, “volume”: 100, “cbr”: “Chrome”, “cbrver”: “135.0.0.0”, “c”: “WEB_EMBEDDED_PLAYER”, “cver”: “1.20250415.22.00”, “cplayer”: “UNIPLAYER”, “cos”: “Windows”, “cosver”: “10.0”, “cplatform”: “DESKTOP”, “epm”: 1, “hl”: “en_US”, “cr”: “AZ”, “len”: “56”, “fexp”: “v1,24004644,434717,127326,26443548,53408,34656,78212,27818,18644,14869,75925,24262,2633,9252,3479,690,3392,8948,9224,13982,7703,4216,3260,2,1138,762,2624,1453,176,1667,10802,2596,69,4462,3264,5182,758,111,814,1152,3466,935,4569,485,2635,2699,454,1094,745,2524,2484,771,86”, “feature”: “oembed”, “afmt”: “251”, “size”: “796:480”, “inview”: “0”, “muted”: “0”, “docid”: “rLLGucE7jPk”, “ei”: “-1sCaO6XPOX_hcIP2bykoQg”, “plid”: “AAYzDgATE094jJar”, “referrer”: “https://www.youtube.com/embed/rLLGucE7jPk?feature=oembed”, “of”: “MtiWcn-DbKUgjHhGLnUrFg”, “vm”: “CAEQABgEOjJBSHFpSlRLRFdlSmxVMmNsT3lITjV4a29HRjlmaHBwUnAwYVZmdm92OEhOcFdRZWJPZ2JSQUZVQTZSUnpNbUJJeWdWeVJlYVdLSWNuZzZnVkdGSjAyXzJzdk8xMGFiQm9BR1QzSDVKZVUySEFCZ3p6ZWx4d0pBRW5XNUxucWRvbXU5Wm9hQQ”, “vct”: “2.233”, “vd”: “55.381”, “vpl”: “0.000-2.233”, “vbu”: “0.000-26.141”, “vbs”: “0.000-55.381”, “vpa”: “0”, “vsk”: “0”, “ven”: “0”, “vpr”: “1”, “vrs”: “4”, “vns”: “2”, “vec”: “null”, “vemsg”: “”, “vvol”: “0.822242668879908”, “vdom”: “1”, “vsrc”: “1”, “vw”: “796”, “vh”: “448”, “dvf”: 0, “tvf”: 60, “lct”: “2.213”, “lsk”: false, “lmf”: false, “lbw”: “4709301.832”, “lhd”: “0.074”, “lst”: “0.000”, “laa”: “itag_251_type_3_src_reslicegetRequestInfoForRange_segsrc_reslicegetRequestInfoForRange_seg_2_range_314810-415735_time_20.0-26.2_off_0_len_100926”, “lva”: “itag_134_type_3_src_reslicegetRequestInfoForRange_segsrc_reslicegetRequestInfoForRange_seg_4_range_1509217-1925150_time_24.0-30.0_off_0_len_415934_end_1”, “lar”: “itag_251_type_3_src_getRequestInfoForRange_segsrc_getRequestInfoForRange_seg_2_range_314810-415735_time_20.0-26.2_off_0_len_100926”, “lvr”: “itag_134_type_3_src_getRequestInfoForRange_segsrc_getRequestInfoForRange_seg_4_range_1509217-1925150_time_24.0-30.0_off_0_len_415934_end_1”, “laq”: “0”, “lvq”: “0”, “lab”: “0.000-26.141”, “lvb”: “0.000-30.000”, “ismb”: 12130000, “relative_loudness”: “1.710”, “optimal_format”: “360p”, “user_qual”: 0, “release_version”: “youtube.player.web_20250415_22_RC00”, “debug_videoId”: “rLLGucE7jPk”, “0sz”: “false”, “op”: “”, “yof”: “false”, “dis”: “”, “gpu”: “ANGLE_(Intel,_Intel(R)_UHD_Graphics_630_(0x00003E92)_Direct3D11_vs_5_0_ps_5_0,_D3D11)”, “debug_playbackQuality”: “medium”, “debug_date”: “Fri Apr 18 2025 18:04:46 GMT+0400 (Azerbaijan Standard Time)”, “origin”: “https://www.youtube-com”, “timestamp”: 1744985086900}
Bu şadlıq evi bağlandı – Video

Şamaxı şəhərində yerləşən “Şamo” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yoxlama zamanı aşağıdakı nöqsanlar aşkarlanıb:
– obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi nasazdır;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb;
– təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şamaxı şəhərində yerləşən “Şamo” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
FHN Şamaxıda fəaliyyət göstərən şadlıq evinin fəaliyyətini dayandırıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şamaxı şəhərində yerləşən “Şamo” şadlıq evinin fəaliyyətini dayandırıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
“Azəriqaz” rəsmiləri tələbələrlə görüşdü – Video

“Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələr arasında təbii qazdan təhlükəsiz istifadə qaydaları və dəm qazından yaranan bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Sumqayıt Dövlət Universitetində görüş keçirilib.
Bu “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, əsasən payız-qış mövsümündə, havaların soyuq keçdiyi aylarda dəm qazından zəhərlənmə, boğulma halları baş verir.
Statistik məlumatlar göstərir ki, dəm qazından zəhərlənmə daha çox kirayə evlərdə yaşanır. Xüsusi ilə tələbələr büdcələrinə uyğun olaraq daha münasib, ancaq standartlara uyğun olmayan qaz cihazları ilə təchiz olunan fərdi yaşayış evlərinə və ya mənzillərə üstünlük verirlər. Üstəlik, tüstü bacalarının vaxtında təmizlənməməsi də dəm qazından boğulma hallarını qaçılmaz edir. Məhz bu səbəbdən “Azəriqaz” İB bu aksiyaya start verərək, tələbələrlə mütəmadi görüşlərə qərar verib.
Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov gözə görünməyən, rəngsiz, qoxusuz olan dəm qazının yaranma səbəblərini, ondan necə qorunmağın yollarını tələbələrə izah edib. Şöbə rəisinin sözlərinə görə mülk sahibi kirayə verməzdən öncə evini qışa hazırlamalı, bacaları təmizlətməli, istilik sistemindəki problemləri həll etməlidir. Həmçinin tələbələr də yaşadıqları mənzillərdə, habelə kirayə ev axtardıqları zaman bu hallara mütləq şəkildə diqqət göstərməlidirlər. Dəm qazının natamam yanma prosesi nəticəsində yarandığını deyən şöbə rəisi qeyd edib ki, bu halın baş verməsinə texniki nasazlıq, havalandırma sisteminin düzgün işləməməsi, istismar müddəti bitmiş cihazlardan istifadə səbəb olur.
“Buna görə də qaz sobalarının, su qızdırıcılarının müntəzəm yoxlanışı, texniki baxışı vacibdir. Bu cihazların havalandırma sistemləri qapalı mühitdən çıxan qazı kənarlaşdırmaq üçün optimal şəkildə qurulmalıdır. Dəm qazı zəhərlənməsindən qorunmaq üçün detektorların quraşdırılması tövsiyə olunur. Bu cihazlar qaz sızmasını hiss edərək xəbərdarlıq siqnalı verir ki, bu da insanları vaxtında təhlükədən xəbərdar edir”, – deyə qurum rəsmisi əlavə edib.
Daha sonra görüş ünvanlanan sualların cavablandırılması ilə davam edib.
Ətraflı video materialda:
Suçəkmə işləri hələ də davam etdirilir – Video

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib.
Görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində bir çox ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Hazırda bəzi istiqamətlərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Xınalıqda 1 metrədək qar görüntüləri – Video

Xəbər verdiyimiz kimi, ötən gün Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltana qar yağıb.
Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edib.
Xınalıqda 1 metrə qədər yağan qarın ecazkar görüntülərini təqdim edirik:
“Bağırsaq xərçəngini ən müasir üsulla əməliyyat edirik” – Dr.İlqar İsmayılov – VİDEO

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı ümumi cərrahiyyə uzmanı, Avropa “Board” imtahanını uğurla keçərək “FEBS Coloproctology” titulunu qazanmış yeganə azərbaycanlı həkim Dr. İlqar İsmayılovdur. Müsahib həkim fəaliyyəti və onkoloji cərrahiyyə ilə bağlı sualları cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Ümumi cərrah Uzm. Dr. İlqar İsmayılov 2001-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2013-cü illərdə Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) ümumi cərrahiyyə üzrə uzmanlıq təhsili alıb.
O, Avropa Kolorektal Cərrahlar Dərnəyinin, Türk Kolon və Rektum Cərrahiyyəsi Dərnəyinin, Türk Cərrahiyyə Dərnəyinin və Amerika Onkoloji Cərrahlar Dərnəyinin üzvüdür.
Hazırda Respublika Diaqnostika Mərkəzində çalışır.
– Neçə ildir cərrah kimi fəaliyyət göstərirsiniz?
– 2001-ci ildə internaturanı bitirərək ümumi cərrahiyyə ixtisasına yiyələnmişəm. Artıq 24 ildirki, cərrah kimi fəaliyyət göstərirəm.
– İndiyədək təxminən neçə əməliyyat icra etmisiniz?
– Dəqiq toplam bir rəqəm deyə bilməyəcəyəm. Amma illik 150-200 onkoloji əməliyyat icra edirik.
– Ən çox etdiyiniz əməliyyatlar nələrdir?
– Düz və yoğun bağırsaqların onkoloji xəstəliklərinə aid əməliyyatları daha çox icra edirik.
– Maraqlıdır, məsələn, Almaniyada icra edilən bağırsağın onkoloji əməliyyatı ilə Bakıda sizin icra etdiyiniz əməliyyat arasında ciddi bir fərq varmı?
– Çalışdığım mərkəzdə icra etdiyimiz əməliyyatlar dünyada qəbul olunmuş standartlar əsasında həyata keçirilir. Yəni, Avropa və Amerikada, eləcə də dünyanın digər inkişaf etmiş tibb mərkəzlərində xəstələrə hansı cərrahi müalicə təklif və icra olunursa, bizim xəstələrə də eynisi tətbiq edilir: eyni standart və avadanlıqlar. Məhz buna görə də əməliyyat nəticələrimiz dünyanın inkişaf etmiş tibb mərkəzlərinin nəticələri ilə eynidir.
-Tibb hər gün inkişaf edir. Azərbaycanda yaşayıb, bu inkişafı necə təqib edə bilirsiniz?
– Doğrudur, tibb çox sürətlə inkişaf edir, dəyişir. Bu gün elə bir dövrdə yaşayırıq ki, elmin sərhədləri yoxdur. Harada yaşamağımızdan asılı olmayaraq, istənilən tibbi məlumatı əldə etmək mümkündür. Biz azərbaycalı həkimlər olaraq nəinki bu yenilikləri öyrənir, hətta tibbi çalışmalarda iştirak edirik. Yəni, bu inkişafın tək izləyicisi deyil, həm də iştirakçısıyıq.
– Yaxın günlərdə Avropa Kolorektal Cərrahlar Birliyinin (The European Board of Surgery) imtahanını verərək yeni titul (“FEBS Coloproctology”) aldınız. Bu titulu qazanmış yeganə azərbaycanlı həkimsiniz. Buna görə sizi təbrik edirik.
– Sağ olun! Bu ada sahib ilk və hələ ki tək azərbaycanlı kolorektal cərrah olsam da, inanıram zamanla başqa azərbaycanlı həkimlər də bu titulu qazanacaq. Bu istiqamətdə artıq çalışmağa başlamışıq. Gənc kolorektal cərrahlarımızı “Board” imtahanına qatılmağa həvəsləndirir və dəstək oluruq. Türkiyədəki həmkarlarımızla birgə onlayn dərslər keçirik. Həmin treninqlərin təlimçilərindən biri də mənəm. Ümid edirik ki, Azərbaycanda da bu cərrahların sayı artacaq.
– Necə oldu Avropanın “Board” imtahanına qatılmağa qərar verdiniz?
– Avropalı, amerikalı cərrahlarla sıx təmasımız var. Beynəlxalq konfranslarda tez-tez görüşürük. Onlar həkimlərin sahib olduğu titullara diqqət edirlər. Qatıldığımız tibbi çalışmalarda da buna çox önəm verilir. Bu baxımdan belə bir titulu almağa qərar verdim.
– İmtahan necə keçdi?
– Bu imtahan ildə iki dəfə keçirilir. Adətən, Avropa Kolorektal Cərrahlar Dərnəyinin beynəlxalq konfransından sonra təşkil edilir. Sonuncu dəfə Yunanıstanda baş tutdu. Dərnəyin Təhsil Komitəsi və “Board” üzvləri var. İmtahan üç mərhələli olmaqla əyani keçirilir. Mən də eyni qaydada uğurla imtahanı keçib “FEBS Coloproctology” titulunu qazandım.
– “FEBS Coloproctology” nəyi ifadə edir?
– Açıqlaması kolorektal cərrahiyyə üzrə Avropanın yetərlilik sertifikatıdır. Oxucular üçün sadə şəkildə belə izah edə bilərəm ki, yəni sən həm nəzəri, həm də təcrübə baxımından Avropa standartlarına uyğun cərrah hesab edilirsən.
– Siz ölkəmizdə transanal əməliyyatını icra edən yeganə cərrahsınız. Bu əməliyyat haqqında da məlumat verə bilərsinizmi?
– Bu əməliyyat TAMİS adı ilə tanınır. Düz bağırsağın yeni yaranmış şişlərində tətbiq edilir. Üstünlüyü odur ki, şiş çıxarılır və düz bağırsaq saxlanılır. Yeni bir üsuldur. 2018-ci ildən ölkəmizdə icra edirik. Fəaliyyət göstərdiyim xəstəxanada Transanal Cərrahiyyə Mərkəzi yaratmışıq. Onu da qeyd edim ki, qonşu ölkələrin heç birində bu əməliyyat həyata keçirilmir.
– Son olaraq, bu sualı da vermək istəyirəm. Bizə cərrah lazım olduğu zaman yaxşı həkimi necə seçə bilərik? Oxucularımıza nə tövsiyə edərdiniz?
– Bəlkə də cavabım birmənalı qarşılanmayacaq. Bu, mənim öz düşüncəmdir. Sosial media və reklamlar həkim seçimi üçün əsas mənbə olmamalıdır. Bunu obyektiv dəyərləndirmə hesab etmirəm. Fikrimcə, həkim seçmək üçün araşdırmaq lazımdır. Xüsusən də, çalışdığı xəstəxanada həmkarlarından, xəstələrindən soruşmaq olar. Həmçinin, həkimin təhsili, təcrübəsi və fəaliyyət göstərdiyi tibb müəssisəsinin imkanları da nəzərə alınmalıdır.
Körpü uçub, qəsəbə ilə əlaqə kəsilib – Video

Güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurdub.
Bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.
Sakinlər deyirlər ki, həmin körpü 2015-ci ildə əsaslı təmir olunub. İddia edirlər ki, maksimum 8 ton yükdaşıma qabiliyyəti olan körpünün uçmasının əsas səbəbi əslində təkcə sel suları deyil. Başlıca səbəb ağırtonnajlı maşınların yüklü formada körpüdən keçmələridir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problemdən xəbərdardırlar və ərazidə iş gedir.
“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
“Beş-altı ay idi evlənmişdilər” – Yasamaldakı qətlin detalları+Video

Aprelin 16-sı paytaxtın Yasamal rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.
Amansızlıqla qətlə yetirilən Xumar Məmmədovanın iş yerindən ailəsinə zəng edib onun işə getmədiyi barədə məlumat veriblər.
Bundan sonra X.Məmmədovanın qardaşı onun evinə gedərək cansız bədənini aşkar edib.
Qətli törədən ər-Bürhan İlham oğlu Məmmədov isə axşam saatlarına qədər qaçıb gizlənib, günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.
Binanın komendantının sözlərinə görə, cütlük 5-6 ay əvvəl ailə qurubmuş:
“Beş-altı ay idi evlənmişdilər, burada qalırdılar. Normal və sakit ailə idilər. Heç bir problemləri də yox idi. Nə səbəbə baş verib bilmirik. Xanım işə getməyib. İş yerindən ata-anasına zəng ediblər. Qardaşı da gələrək qapını qırıb görüb ki, bacısı ölmüş vəziyyətdədir”.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı BakuTV-nin süjetində:
Ödənişli yolu da su basıb – Video

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.
Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.
Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ gərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
***
AAYDA-nın yaydığı məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.
Qubada sel evi yerlə bir etdi – Video

Ötən gün yağan güclü yağış Qubanın Amsarqışlaq kəndində də ciddi fəsadlar törədib.
Sel nəticəsində Amsarqışlaq kəndinə gedən yeni yol su altında qalıb, həm də bağ sahələri, pomidor tarlaları və bir sıra fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Kəndin kənarından keçən çay daşaraq ətraf əraziləri basıb və kənd stadionunu yararsız vəziyyətə salıb. Sakin Tərlan Haktarinin yaşadığı evin yan divarları selin gücünə tab gətirməyərək aşıb, ev tamamilə qəzalı vəziyyətə düşüb. Ailə məcburiyyət qarşısında qohumlarının evinə köçüb.
Digər sakin Akif Babayevin də fərdi yaşayış evinə sel suları dolub.
Hazırda ərazidə təmizləmə və bərpa işləri aparılır.
Qeyd edək ki, aramsız yağan yağışlar Qubanın Çiçi kəndində də yaşayış evlərini dağıdıb. Bəzi evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir.
Quba Rayon İcra Hakimiyyətindən hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görüldüyü bildirilib.
Emin Kərimov
Göygölün səsi… – Video

Göygöl Milli Parkına qar yağıb.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sosial şəbəkə hesabında paylaşım edilib.
Videoda ağ örpəyə bürünmüş dağların əhatəsində, buz kimi təmiz suların görüntüsü yer alıb. Təbiətin sakitliyini pozan yeganə səs isə suyun şırıltısıdır.
Qeyd edək ki, Göygöl Milli Parkı hər fəsildə fərqli gözəlliyi ilə diqqət çəkir. Bu cür qar mənzərələri isə yaz aylarında nadir hallarda müşahidə olunur.
Həmin görüntüləri təqdim edirik:
Həmçinin baxın
FHN intensiv yağışların yaratdığı fəsadları aradan qaldırılması işlərini davam etdirir – VİDEO
FHN Şamaxıda fəaliyyət göstərən şadlıq evinin fəaliyyətini dayandırıb – VİDEO
“Bağırsaq xərçəngini ən müasir üsulla əməliyyat edirik” – Dr.İlqar İsmayılov – VİDEO
“Haber Global”: Azərbaycan Şimali Kiprlə bağlı məsələdə sözünün arxasında durmağı seçdi – VİDEO
“Nə varsa, can Azərbaycanda var” – Əliyevin Kiprlə bağlı mövqeyi rezonans doğurdu: VİDEO