Eks-Prezident Robert Köçəryan Ermənistan tərəfinin kobud səhvlərinə görə Qarabağla bağlı danışıqlarda rəsmi Yerevanın mövqeyinin zəiflədiyini etiraf edib:

“Baş Nazir Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi danışıqların xalqların öz müqəddəratını təyin etmə prinsipindən uzaqlaşmasına, bizim üçün dövlətlərin ərazi bütövlüyünün arzuolunmaz müstəvisinə aparıb.

Paşinyan və Əliyevin lift əlaqələri əslində bizim üçün çox vacib olan və Vyana, Sankt-Peterburqda əldə olunan razılaşmaları ləğv etdi.

Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamaları, nizamlanmaya dair açıq şəkildə ortaya qoyulmuş mövqenin olmaması erməni tərəfinin konstruktivliyinə şübhə yaradır. Üstəlik, mövqeyimizi bu cür qəbul etmək artıq ictimai sferada vasitəçilərin qiymətləndirmələri çərçivəsindən kənara çıxıb”, – deyə o, bildirib.

Koçaryan qeyd edib ki, Azərbaycan tərəfinin son zamanlar Türkiyə ilə münasibətlərini daha da gücləndirməsi Qarabağ münaqişəsinin həllinə təhlükə yaradır. Onun sözlərinə görə, dünya ictimaiyyəti qlobal ziddiyyətlərin böyüməsi səbəbindən sülhün qorunması üçün ehtiyatlarını nəzərəçarpacaq dərəcədə azaltdığı üçün atəşkəs potensialı da azalıb:

Oxumağa dəyər:   "Facebook" şəxsi elektron ödəniş sistemini hazırlayıb

“Həm də bunu dərk etməliyik ki, müharibə vəziyyətində onun miqyası və dağıdıcı nəticələri indiyə qədər baş verənlərlə müqayisədə daha çətin olacaq. Azərbaycan həddindən çox silah-sursat yığıb. Bəlkə, hökumət bunun fərqinə varar və müharibə haqqında heç bir təsəvvürü olmayan feysbukdakı tərəfdarlarına məsuliyyət hissini aşılayar.

Ağ və qaraya bölünmüş Ermənistan pis ssenarilərə hazırdır? Ölkənin təhlükəsizliyi nəinki silahlı qüvvələrin döyüş hazırlığı, silahların keyfiyyəti və miqdarından asılıdır. Milli vəzifələr ətrafında ictimai əhval-ruhiyyə və konsensus da vacib amillərdir.

Qarabağ və Ermənistanın hakim elitaları arasındakı mürəkkəb münasibətlər, müharibə qəhrəmanlarının ruhdan düşməsi, keçmiş generalların alçaldılması, həlak olmuş hərbçilərin xatirəsinə hörmətsizlik cəmiyyətin vətənpərvərlik ruhuna son dərəcə təhlükəli hərəkətlərdir”.

Xatırladaq ki, R. Koçaryan 2008-ci il 1 mart aksiyaları zamanı konstitusion quruluşu pozmaqda təqsirləndirilir. 2018-ci ildə 2 dəfə həbs edilib sərbəst buraxılan eks-Prezident 2019-cu ilin iyununda yenidən tutulub.

Ötən gün Yerevanın ümumi yurisdiksiya məhkəməsi keçirilən iclasda onun həbsdə qalmasına qərar verib.

İstinadlar sputnik.am