İtaliyada səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov iyunun 6-da bu ölkənin Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Vitse-admiral S.Bəkirov italiyalı həmkarına Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb, 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinə dəvətə görə minnətdarlığını bildirib.