Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak edib.

Səfirliklər stendləri vasitəsilə mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər.

Azərbaycanın təqdimatı festival iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə festivalda xalqımızın milli mənəvi sərvəti olan və 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən muğam musiqisi təqdim olunub.

İstinadlar Report