Azərbaycan GUÖAM-la bağlı protokol sənədini təsdiq edib.
Milli Məclis “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyib.