2024-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycandan şərab ixracının stimullaşdırılması üçün bir neçə layihə icra etməyi planlaşdırır.

Bunu Agentliyin icraçı direktoru Yusif Abdullayev bildirib.

“Xüsusilə əsas ixrac bazarlarında, satış şəbəkələrində Azərbaycan şərabının təşviq edilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulur. Bu işlər həm Rusiya, həm də digər ölkələrin bazarlarını əhatə edəcək. Azərbaycan şərabının digər Mərkəzi və Şərqi Asiya ölkələrinə ixracı üçün böyük potensial var. Çində pandemiyadan sonra məhdudiyyətlər davam edirdi, ancaq 2023-cü ilin əvvəlindən bütün məhdudiyyətlər aradan qaldırılıb. Ona görə də Çinə şərab ixracımız artır. Burda şərab evlərinin də rolu böyükdür”, – deyə o qeyd edib.

İstinadlar Report