
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.
Bu həcmdə ətin dəyəri 11 milyon 992 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 ton ( 1,9 %) çoxdur, dəyər baxımından isə 139 min ABŞ dollar (1,1 % ) azdır.