Azərbaycan Bakıda saxlanılan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib.

Bu barədə erməni mediası yazıb. Proses Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.

Rəsmi Bakı bununla İrəvanın son zamanlar sülhə meyillənən cəhdlərinə qarşılıq verib.

Qeyd edək ki, sonuncu dəfə sentyabrın 7-də Azərbaycan Ermənistana 2 ermənini təhvil vermiş, əvəzində isə Cəmil Babayev ölkəmizə qaytarılmışdı.