İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) enerji səmərəliliyi sahəsində yeni dövlət standartları qəbul edib.

Bunlar, AZS EN 15218:2025 “Yerləşgələrin soyudulması üçün buxarlandırıcı ilə soyutma kondensatorlu və elektrik intiqallı kompressorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar – Terminlər, təriflər, sınaq şərtləri, sınaq üsulları və tələblər” və AZS EN 30-2-1:2025 “Qazla işləyən məişət mətbəx texnikası – 2-1-ci hissə: Enerjidən səmərəli istifadə – Ümumi” dövlət standartlarıdır.

Sözügedən standartlar yerləşgələrin soyudulması üçün kondisionerlər, mayeli soyuducu aqreqatlar və qazla işləyən məişət mətbəx texnikasının istifadə ediləcəyi sahələrdə effektivlik, təhlükəsizlik və enerji səmərəliliyi ilə bağlı tələbləri müəyyən edir. Bu standartların tətbiqi enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.

İstinadlar Report