
Keçmiş erməni səhra komandirlərindən olan quldur Vova Vartanov açıqlama verib.
Azərbaycan 24-ün erməni mediasına istinadən verdiyi məlumata görə, Vartanov İrəvanda jurnalistlərə öncə Qarabağ məsələsində Ermənistanın “təşəbbüsü özünə qaytarmalı” olduğunu bildirərək deyib: “Biz daima azərbaycanlıların fəallığına reaksiya verməli oluruq – tanklar, təlimlər, yəni reflektor hərəkətlər edirik. Bu şəkildə özünü yalnız başı kəsilmiş və pəncəsinə turşu tökülmüş qurbağa aparır. Biz 1993-cü ildə böyük səhvə yol vermişik və bu səhvi davam etdiririk – hesab edərək ki, əlimizdən gələni artıq eləmişik. Bu isə təşəbbüsü düşmənə vermək deməkdir. Prezidentlər, müdafiə nazirləri dəyişib, iş dəst-xətti isə dəyişməz qalıb. Biz təşəbbüskar və tələbkar olmalıyıq”.
Erməni quldurun sonrakı sözləri isə daha ilgincdir. Belə ki, o, “Azərbaycanın zəiflədilməsi və məhv edilməsi” üçün İŞİD terror təşkilatı ilə də əməkdaşlığı mümkün saydığını deyib.