Bu ilin yanvar-iyul aylarında Azərbaycanın elektrik enerjisi ixracı 1 037,7 milyon kVt/s, idxalı isə 83,5 milyon kVt/s təşkil edib.

Bu barədə Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 215,3 milyon kVt/s yaxud 26,2% artıb, idxal isə 16,6 milyon kVt/s və yaxud 16,6% azalıb.

İstinadlar Report