
Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 251,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
Ötən 5 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.