Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya  0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. 

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.

İstinadlar Qafqazinfo

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24 692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10 006 149 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

İstinadlar Qafqazinfo

Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 min 645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə görə 9 milyon 967 min 730 nəfərə çatıb.

Ölkə ərazisində bir kvadrat kilometrə düşən əhali sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizi şəhər, 47,1 faizini kənd sakinləridir. Azərbaycan vətəndaşlarının 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

İstinadlar Qafqazinfo

Azərbaycan əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 17 900 nəfər və ya 0,2% artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9 milyon 723 min 500 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 27 min 600 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,5 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarından ibarət olub.

2016-cı ilin yanvar-fevral aylarında ölkədə 9 min 900 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 olub.