
Kabulda Peşəkar Xalçaçılıq Mərkəzinin yaradılması layihəsinin maliyyələşdirilməsi haqqında saziş imzalanıb.
Saziş İƏT-in Əfqanıstandakı missiyası, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycanın Kabuldakı səfirliyi arasında bağlanıb.
“Ənənəvi əfqan sənətkarlığının qorunması və inkişafı üçün xalçaçılıq üzrə texniki və peşəkar təlim mərkəzinin yaradılması” adlı layihə Əfqanıstanda xalçaçılıq ənənələrinin qorunması və təbliğinə yönəlib. Təşəbbüs çərçivəsində yerli ustaların, ilk növbədə, qadınlar və gənclərin təlim keçməsi planlaşdırılır.