Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi ilə bağlı ilk hərracın keçirilməsi müzakirə olunub.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) məlumat verilib.

Görüşdə AREA, EBRD, “Synergy Consulting” və digər məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.

Hərracların keçirilməsi qrafiki, İxtisas Uyğunluğunun Müəyyənləşdirilməsi sənədi, hərrac komissiyasının yaradılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

İstinadlar Report