Bu ilin yanvar ayında Azərbaycana 86 min 654 ton buğda idxal edilib.

Bu həcmdə buğdanın idxal dəyəri 18 milyon 695 min ABŞ dolları təşkil edib.

Buğda idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16 min 509 ton (23,5 %), dəyər baxımından isə 2 milyon 412 min ABŞ dolları (14,8 %) artıb.

İstinadlar Report