Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin layihəsi hazırlanıb.

Məlumata görə, qurum mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirib. Görüşdə sahibkarlar, biznes subyektlərinin nümayəndələri və yerli şirkətlərin rəhbərləri iştirak ediblər.

Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar” mövzusunda təqdimat edib. O, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən, qurumun rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu tərəfindən biznesin qeydiyyatının daha da təkmilləşdirilməsi istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

İstinadlar Report