Azərbaycanla olan münasibətlərimiz bizim üçün dəyərlidir.

Azərbaycan 24 xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Moskva-Baku” portalının sualını cavablandırarkən söyləyib. O, ABŞ-ın antiiran siyasətinin Rusiya-İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyəcəyini bildirib:

“Bizim Azərbaycan və İranla münasibətlərimiz dəyərlidir. Kənardan olan istər müsbət, istər də mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir”, – deyə o bildirib.

O, həmçinin, Tehran-Vaşinqton münasibətlərinin ABŞ-da hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olaraq formalaşdığını bildirib.

İstinadlar axar.az