Azərbaycan bu gün Türkmənbaşı şəhərində keçirilən 1-ci Xəzər İqtisadi Forumunda iştirak edir.

Azərbaycan nümayəndə heyətinə ölkənin Baş Naziri Novruz Məmmədov rəhbərlik edir.

Forumun işi zamanı Rusiyanın Baş naziri Dmitri Medvedev Rusiyanın Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı tezliklə ratifikasiya edəcəyini bəyan edib.

Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşü keçirilib və yekunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

İstinadlar Report