Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 34 min 860 ton ət idxal edib.

Bu həcmdə ətin idxal dəyəri 69 milyon 995 min ABŞ dollar təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 054 ton (3,1 %), dəyər baxımından isə 7 milyon 385 min ABŞ dolları (11,8 % ) çoxdur.

Belə ki, 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 62 milyon 610 min ABŞ dollar dəyərində 33 min 806 ton ət idxal edib.

İstinadlar Report