26 sentyabr – 14 oktyabr tarixlərində Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir. Konfrans çərçivəsində 3 oktyabr 2022-ci il tarixində BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə – 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.

İstinadlar Report