Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 55-ci və Baş Assambleyanın 25-ci sessiyaları keçirilib.

Sessiyalarda Azərbaycan FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli təmsil edib.

İstinadlar Report