Haaqadakı BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması barədə” beynəlxalq konvensiyanın pozulmasına dair Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı dinləmələr davam edir.

Dinləmələrin ikinci günü Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı bir sıra tədbirlər görməyə çağırıb:

– Ermənistan Azərbaycan ərazilərində erməni hərbçiləri və yaxud Ermənistan rəhbərliyi, nəzarət etdiyi və ya maliyyə dəstəyi verdiyi başqa qanunsuz silahlı qruplaşmaların basdırdığı minaların çevik, təhlükəsiz, səmərəli təmizlənməsi, o cümlədən Azərbaycan ərazisindəki yerüstü minaların yerləşməsi və xüsusiyyətlərinə dair əhatəli və dəqiq məlumat verilməsi bütün lazımi addımları atmalıdır

– Ermənistan Azərbaycan ərazisində yerüstü minalar basdırmaq, bu işə dəstək vermək və ya sövq etməklə azərbaycanlıların həyatına təhlükə yaratmağa dərhal son qoymalıdır 

– Ermənistan bu ölkədə fəaliyyət göstərən təşkilatların, o cümlədən VOMA-nın azərbaycanlılara qarşı irqi nifrətçiliyi və ya irqi zəmində zorakılığı təbliğ etməsinin qarşısını almaq üçün bütün lazımi addımları atmalıdır

– Ermənistan azərbaycanlılara qarşı milli zəmində xəbərdar olduğu, o cümlədən Azərbaycanın məlumatlarında göstərilən cinayətlərlə bağlı ittihamlara dair dəlil-sübutlar təqdim etməlidir.

İstinadlar Report