
Azərbaycan Beynəlxalq Enerji Xartiyası təşkilatı ilə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib.
Müzakirələr energetika naziri Pərviz Şahbazovun Bakıda səfərdə olan Beynəlxalq Enerji Xartiyasının baş katibi Qay Lentz ilə keçirdiyi görüşdə aparılıb.
Tərəflər həmçinin təşkilatın fəaliyyətinə və Beynəlxalq Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.