Bu ilin yanvar-avqust aylarında Azərbaycana 658 milyon ABŞ dolları dəyərində 49 245 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,1 % çox və 12,6 % azdır.

İlk 8 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 dəfə artaraq 329 ədəd (45,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,3 % azalaraq 45 519 ədəd (521,6 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 8 210-i (91,9 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 267-sı (9 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 13,5 %, ikincinin isə 4,9 dəfə artması deməkdir.

İstinadlar Report