
Bu ilin yanvar ayında Azərbaycan 138,987 milyon ABŞ dolları dəyərində 7 663 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,5 % çox və 23,8 % çoxdur.
İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,6 dəfə artaraq 71 ədəd (5,813 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,4 % artaraq 6 906 ədəd (122,219 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 3 654-ü (72,38 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 139-u (6,588 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 3 dəfə artması, ikincinin isə 41,8 % azalması deməkdir.