İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanla Avstraliya arasında qarşılıqlı investisiyaların artırılması sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə müzakirələr KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla Astraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri Natali Süleyman arasında keçirilən görüşdə aparılıb.

Görüşdə, kiçik və orta sahibkarlıq sahəsində hər iki ölkənin təcrübəsinə, ticarət sahəsində mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İstinadlar Report