Azərbaycanda kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinin genişləndirilməsi əsas hədəflərdəndir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov Beynxalq Aqro Biznes Forumunda bildirib.

“Aqrar sahədə aparılan islahatlar nəticəsində Azərbaycanın bir sıra məhsullara olan tələbatı yerli istehsal hesabına ödənilir. Yüksək texnologiyalara əsaslanan emal və istehsal müəssisələrinin yaradılması aqrar məhsulların ixracını artırıb. Bu günki tədbir Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. Biz güclərimizi birləşdirərək müasir texnologiyalardan istifadə etməklə daha güclü istehsala nail ola bilərik”, – deyə o qeyd edib.

İstinadlar Report